İstifadəçi Razılaşması


İstifadəçi Razılaşması sizin TEOREM-də qeydiyyatdan keçdiyiniz andan qüvvəyə minir
 

1. İstifadəçi razılaşması

TEOREM sizə bu İstifadəçi razılaşmasına uyğun olaraq  öz xidmətlərini təklif edir. İstifadəçi razılaşması TEOREM-lə istifadəçi arasında hüquqi anlaşmadır. İstifadəçi Razılaşması TEOREM tərəfindən istənilən vaxt birtərəfli qaydada dəyişdirilə bilər və razılaşmanın son mətni bu resursda yerləşdirilir. İR-nın ən son nümunəsi bu ünvanda yerləşir: https://teorem.az/az/about-us.html 

2. Xidmətin göstərilməsi

TEOREM sizə müxtəlif sahələr üzrə online sınaq imtahanları, onlayn repetitor və kurs/məktəb sistemi üzrə sınaqların təşkili xidmətlərini təklif edir. Aktiv  xidmətlərdən istifadə etmək üçün  internet bağlantısı olan kompüterlərdən, mobil telefonlardan digər qurğulardan istiafdə edə bilərsiniz

3. Qeydiyyat

Qeydiyyat zamanı qeydiyyat formasında təklif olunan və işarə qoyulan bütün suallar cavablandırılmalıdır. Suallara tam və dəqiq cavab verilməlidir. Əks halda TEOREM sizin qeydiyyatınızı ləğv etmək və xidmətdən istifadənizi dayandırmaq hüququna malikdir.

4. İstifadəçi adı, Şifrə və təhlükəsizlik

Qeydiyyatdan keçdikdən sonra siz təhsil xidmətindən istifadə etmək üçün istifadəçi adı və şifrə əldə edirsiniz və bu məlumatların təhlukəsizliyini təmin edirsiniz . TEOREM bu məlumatları 3-cü tərəfə vermir. TEOREM müəyyən adların qeydiyyatına qadağa qoya bilər və belə adların istifadəsini məhdudlaşdırmaq hüququna sahibdir. Sizin ad və şifrənizdən razılığınız olmadan istifadə edilərsə, bu barədə TEOREM -a məlumat göndərmək lazımdır.

Öz  hesab məlumatlarınızın təhlükəsiziliyini təmin etmədiyiniz halda və bu razılaşmanın şərtlərinə əməl etmədiyiniz təqdirdə TEOREM xidmətlərindən istifadə zamanı dəyən ziyana görə TEOREM hər hansı məsuliyyət daşımır.

5. Qeydiyyatdan keçmiş istifadəçinin öhdəlikləri

Siz TEOREM xidmətlərindən istifadə edərkən aşağıdakıları etməməyi qəbul edirsiniz:

  1. Özünü başqa şəxs kimi təqdim etmək;
  2. Resursun normal fəaliyyət göstərməsini əngəlləmək.
  3. TEOREM saytında yerləşən təhsil resurslarını paylaşmaq.
  4. İstifadəçi ad və şifrəsini başqasına vermək .

6. Qeyri-kommersiya məqsədi ilə istifadə

TEOREM xidmətindən istifadə məqsədilə təqdim olunan balans kommersiya məqsədi ilə satıla bilməz. Belə hal aşkarlanarsa istifadəçiyə məhdudiyyətlər qoyula bilər. Bu zaman yaranan hər hansı bir mübahisəyə görə TEOREM məsuliyyət daşımır.

7. İstifadənin ümumi müddəaları

TEOREM tərəfindən təqdim olunan onlayn sınaq imtahanlarını istifadə edərkən siz aşağıdakıları qəbul edirsiniz:

  1. İnternet bağlantısında və istifadə oluna qurğularda baş verə biləcək hər hansı texniki problemlərə görə TEOREM məsuliyyət daşımır.
  2. TEOREM  istifadə şərtlərini və məhdudiyyətlərini hər zaman birtərəfli olaraq dəyişmək hüququna malikdir.

8. Qeydiyyatın dayandırılması

TEOREM xidmətdən isifadə etmədiyinizə və ya razılaşmaya zidd əməlinizə görə sizin qeydiyyatınızı dayandırmaq hüququna malikdir. Bu hallarda TEOREM heç bir məsuliyyət daşımır.

9. İstinadlar

TEOREM xidmətlərini təşkil etmək üçün digər təhsil və informasiya resurslara istinad edə bilər. Həmin istinadların məzmununa və fəaliyyətinə görə TEOREM  heç bir məsuliyyət daşımır.

10. Təminatdan azad

TEOREM -də bütün xidmətləri "olduğu kimi" təqdim olunur, TEOREM xidmətlərdən istifadədə və xidmətlərin göstərilməsi ilə yarana biləcək hər hansı texniki problemlərə görə ​məsuliyyət daşımır


11.  Pulun geri ödənilməsi

Ödəniş edildikdən sonra balansda yaranmış problemlər istifadəçi ilə birlikdə həll olunur. TEOREM -dən istifadə məqsədilə ödənilən vəsait geri qaytarılmır:

12. Mübahisəli məsələlər

TEOREM-dən istifadə ilə bağlı yaranmış mübahisəli məsələlər Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq həll olunur.