FAQ

KSQ /BSQ İMTAHANLARINI NECƏ ÇAP EDƏ BİLƏRƏM?

TEOREM-də KSQ /BSQ imtahanlarını çap etmək yalnız Məktəb/Kurs stasu olan istifadəçilər üçün nəzərdə tutulmuşdur.

1.“KSQ /BSQ  çap et” bölməsinə daxil olursunuz.

2.İmtahanın adını, auditoriyanı, imtahan növünü, imtahan variantını qeyd edirsiniz.

Aditoriyada abituriyent statusu seçərkən əlavə olaraq qrupda seçin.

3.“Testləri yarat” düyməsini basırsınız.

4.Açılan yeni səhifədə fənn(fənlər),  sinif(sinifləri)və fəsil(fəsilləri)  seçirsiniz.

Abituriyent aditoriyasını seçmisinizsə qrupa uyğun fənn sualları açılacaq.

5.“Suallara bax” düyməsinə basmaqla sualları gözdən keçirdə bilərsiniz.

“Sualı dəyiş” (hər bir sualın qarşısında yer alıb) düyməsi ilə istəmədiyiniz sualları avtomatik dəyişə bilərsiniz.

“Əlavə et” funksiyası  birinci varianta uyğun növbəti bir varinat(variantlar)  yaratmağınıza yardımçı olacaqdır.

“Sualları Yenidən Sırala” imtahanın bütün suallarını avtomatik dəyişmək üçün nəzərdə tutulmuşdur.

6.“Çap et” düyməsinə basmaqla hazır imtahanı çap edə bilərsiniz.

KSQ /BSQ İMTAHANLARINI NECƏ YARADA BİLƏRƏM?

TEOREM-də KSQ /BSQ imtahanlarını yaratmaq Repetitor stasu olan istifadəçilər üçün nəzərdə tutulub.

1.“KSQ /BSQ imtahanlarını yaratmaq” bölməsinə daxil olursunuz.

2.İmtahanın adını, keçirmək istədiyiniz imtahanın fənnini, imtahan suallarının səviyyəsini sayı ilə birlikdə qeyd edirsiniz və göndərmək istədiyiniz şagird və ya şagirdlərinizi seçirsiniz.

3.“Testləri yarat “ düyməsinə basırsınız.

4.Açılan yeni səhifədə sinif(sinifləri) və fəsil(fəsilləri) seçirsiniz.

5.“Suallara bax” düyməsinə basmaqla sualları gözdən keçirdə bilərsiniz.

“Sualı dəyiş” (hər bir sualın qarşısında yer alıb) düyməsi ilə istəmədiyiniz sualları avtomatik dəyişə bilərsiniz.

“Əlavə et” funksiyası  birinci varianta uyğun növbəti bir varinat(variantlar)  yaratmağınıza yardımçı olacaq.

“Yenidən sırala” imtahanın bütün suallarını avtomatik dəyişmək üçün nəzərdə tutulub.

6“Şagirdlərinizi imtahan edin” düyməsi ilə hazır testi şagird və ya şagirdlərinizə göndərə bilərsiniz.  

TƏDRİS PLANINI NECƏ ÇAP EDİM?

TEOREM-də Tədris Planının çap edilməsi Müəllim və Repetitor stasu olan istifadəçilər nəzərdə tutulub. 

1.Müəllim və ya Repetitor hesabında “Tədris Planı çap et” bölməsinə daxil olursunuz.

2.Təhsil müəssisəsi, sinif və fənni seçirsiniz.

3.“Çap et” düyməsinə basmaqla əməliyyata başlaya bilərsiniz.

4.“Tədris planını çap edin” bölməsini basaraq əməliyyatı davam edin. Bundan sonra Sizə çap olunacaq “Tədris planı” göstəriləcək. Tədris planını gözdən keçirib, çap edə bilərsiniz.

DİQQƏT!

“Çap et” düyməsinə basdıqdan sonra balansınızdan 100 Teo (1 azn) çıxılacaq.

TEOREM.AZ - DA İMTAHANI NECƏ ÇAP EDƏ BİLƏRƏM?

TEOREM-də imtahan çap etmək funksiysından hazırda yalnız “Məktəb/Kurs” statusuna sahib olan istifadəçilər yararlana bilər.

1.“Məktəb/Kurs” statusu ilə qeydiyyatdan keçdiyiniz hesabınıza email və şifrənizi yazıb, daxil olursunuz.

2.Hesabınızda “İmtahan yarat” bölməsinə daxil olub, auditoriyanı, imtahanın adını və variantı qeyd edərək imtahanı yarada və onu çap edə bilərsiniz. Həmçinin kurrikulum və ya orta məktəb auditoriyasını seçməklə siz  istədiyiniz sinif, fənn və fəsillər üzrə imtahan təşkil edə və onu çap edə bilərsiniz.

3.“Suallara bax”  bölməsinə daxil olduqdan sonra açılan pəncərədə yeni variant əlavə edə, sualları dəyişə və ya sualları yenidən sıralıya bilərsiniz.

4.“Çap et” düyməsi isə sizə yaratmış olduğunuz imtahanı çap etmək  imkan verir.

TEOREM-DƏ NECƏ İMTAHAN VERƏ BİLƏRƏM?

Şagird, Abituriyent, Magistr, Müəllim kimi qeydiyyatdan keçdiyiniz hesabınıza daxil olub, istədiyiniz imtahan növünü seçib, imtahana başlamalısınız.

Sualı cavablandırdıqdan sonra imtina edə, daha sonra cavablandırmaq istədiyiniz sualı işarələyə bilərsiniz.

“Xəta bildir” düyməsi sualda hər hansı xəta aşkarladığınızda, sizə sualla bağlı problemi, bizə göndərməyiniz üçün imkan yaradır.

“İmtahanı bitir” düyməsi ilə nəticənizə baxa bilərsiniz. Nəticənizə baxdıqdan sonra onu çap edə və ya email ünvanınıza göndərə bilərsiniz.

TEOREM-DƏ HANSI STATUSU SEÇMƏLİYƏM?

1.Şagird-Abituriyent-Magistr

Məktublar- Bu bölmə sizə dostlarınız və repetitorlarınıza məktub göndərmək və onlardan gələn məktublara cavab vermək imkanı yaradır.
Bildirişlər- Bu bölmədə sorğu göndərdiyiniz repetitorların sorğunuzu təsdiqləməsi ilə bağlı bildirişlər göstərilir.
İzahatlar- Sizə çətin görünən və ya cavabından əmin olmadığınız sualları onlayn repetitorlarınıza göndərə və cavablandırılmış sualları da bu bölmədə izləyə bilərsiniz.
Retetitorum- Burada repetitorları axtarıb onları qiymətləndirə, repetitorunuz olması üçün onlara sorğu göndərə və məktub yaza bilərsiniz.
İmtahanlar- Daha əvvəl verdiyiniz imtahanların sual və nəticələrinə baxa bilərsiniz. Həmçinin, imtahanlarda olan sualla bağlı probleminizi “Sualları göstər” bölməsindən repetitorlarınıza göndərə bilərsiniz. Repetitorunuzun sizin üçün hazırladığı imtahanı da bu bölmədə verə bilərsiniz.
Tarixçə- Bu bölmədə siz repetitorlarınızın sizə verdiyi qiymət və rəyləri izləyə bilərsiniz.
Məktəb/Kurs- Bu bölmədə Teorem vasitəsilə hazırlanmış oflayn iştirak etdiyiniz imtahanın doğru cavablarını öyrənib balınızı hesablaya bilərsiniz.
Dostlar- Bu bölmədə Teorem-də qeydiyyatdan keçən istifadəçilərə dostluq istəyi göndərə və ya təklifləri qəbul edə bilərsiniz.

2.Müəllim
Məktublar- Bu funksiyadan istifadə etmək üçün repetitor olmalısınız.
İmtahanlar- Daha əvvəl verdiyiniz imtahanların sual və nəticələrinə baxa bilərsiniz. 
Teorem-ə test göndər- Teorem-in test bazasına yeni sual əlavə etmək məqsədi ilə istədiyiniz auditoriyaya uyğun test nümunələri göndərə bilərsiniz.
3.Kurs/Məktəb
İmtahanlar- Bu bölmədə daha əvvəl yaratdığınız imtahanların suallarına baxa və yenidən imtahanı çap edə bilərsiniz. İmtahanların cavab kağızlarını da bu bölmədən əldə edə bilərsiniz. 
İmtahan yarat- İmtahan adı, auditoriya və variantları seçməklə öz imtahanınızı yaradıb, bu imtahanı kitabça şəklində çap edə bilərsiniz.

TEOREM nədir?

Test və Onlayn Repetitor Mərkəzi - TEOREM təhsil sahəsində müxtəlif  auditoriyalar və səviyyələr üzrə sınaq imtahanların təşkili  və qiymətləndirilməsi üzrə platformadan, imtahanlara hazırlaşanlar üçün onlayn repetitor platformasından  və müxtəlif təhsil müəssisələri və hazırlıq  kursları üçün sınaq imtahanları təşkil etməyə imkan verən platformadan ibarət təhsil resursudur. 

TEOREM-in əsas məqsədi  təhsil alanların və təhsil verənlərin imkanlarını genişləndirmək, təhsil prosesi iştirakçılarına innovasiyalardan,  internetdən və informasiya texnologiyalarından effektiv istifadə etməklə yeni imkanlar yaratmaqdır.
TEOREM  təhsil sahəsində yeni texnologiyalardan effektiv istifadə etməklə keyfiyyətli və çevik formada təhsil xidmətləri təqdim edir. 

Hazırda TEOREM təhsil sahəsində aşağıdakı əsas istiqamətlər üzrə onlayn xidmətlər təqdim edir :

Onlayn Sınaq Sistemi

Onlayn Repetitor Sistemi

Məktəb Sınaq Sistemi 

Qəbul Arxivi 

Kimlər TEOREM-dən hansı faydanı götürə bilər ? Bu haqda daha ətraflı burada

Kimlər TEOREM-dən faydalana bilər?

TEOREM-dən orta məktəb şagirdləri, abituriyentlər, magistraturaya hazırlaşan bakalavrlar, dövlət qulluğuna hazırlaşanlar və müəllimlərin işə qəbulu və diaqnostika imtahanlarını verəcək müəllimlər istifadə edə bilər.
Digər funksiyalardan isə imtahanlara hazırlıq prosesinin iştirakçıları, repetitorlar, məktəblər və hazırlıq kursları, burada dərs deyən  müəllimlər istifadə edə bilər.

TEOREM-dən qazana biləcəkləriniz haqqında daha ətraflı burada 

TEOREM-in digər oxşar sistemlərdən fərqi nədir?

TEOREM  unikal bir təhsil platformasıdır. Əsas üsütünlükləri aşağıdakılardır :

1. TEOREM-in test bazasına daxil edilən 100 000 test tapşırığı mövcud imtahan qaydalarına müvafiq olaraq kodlaşdırılıb. Belə ki bazadakı bütün testlər siniflər, mövzular, fəsillər, çətinlik dərəcəsi, relevantlığı, açıq-qapalı olması və s. parametrlər üzrə kodlaşdığından imtahanların generasiyası prosesində hər bir imtahan variantı fərqli formada mövcud qaydalara uyğun olaraq formalaşır.

İmtahanlara düşən testlər seçimdən asılı olaraq mövzunu, proqramı tam əhatə edir, hər bir variantda testlərin sayında çətinlik dərəcəsi üzrə mütənasiblik gözlənilir və s.
2. Hər bir generasiya prosesində bazadan yeni testlər xüsusi alqoritmlə çağrılaraq yeni imtahan variantı formalaşır.

3. Onlayn Sınaq Sistemi bir anda bütün 5 - 11-ci siniflərin istənilən  sinfi, istənilən fənni, istənilən mövzusu və ya fəsli üzrə mövcud qaydalara uyğun olaraq sınaq imtahanı keçirməyə imkan verir .

4. İmtahanlara hazırlıq prosesində iştirak edən bütün tərəflər üçün unikal bir onlayn repetitor platforması hazırlanıb. İstənilən an istənilən yerdən bir anda tapşırıqların icrası, mesajlaşma, tapşırıq göndərmə, sınaq təşkil etmək  və s. bu kimi imkanları bu platformadan asan və rahat formada əldə etmək mümkündür.

5. İstənilən bir Hazırlıq kursu və ya məktəb TEOREM  -in test bazasından istifadə etməklə Sınaq imtahanı təşkil edə bilər və sınaqların cavablarını da onlayn formada təqdim edə bilər.

Qeydiyyatdan necə keçə bilərəm ?

Ana səhifənin yuxarı sağ hissəsində Qeydiyyat düyməsini aktiv edərək qeydiyyat anketinə daxil olursunuz, daha sonra oradakı tələb olunan məlumatları doldurduqdan sonra qeydiyyat düyməsini basırsınız. Bundan sonra siz hesabınızı aktiv etməlisiniz. Bu məqsədlə TEOREM tərərfindən  Sizin elektron ünvanınıza (email) aktivasiya ilə əlaqədar keçid linki olan  məktub göndəriləcək.  Linkə daxil olduqdan sonra sizin hesab aktiv olacaq.
Elektron poçtunuzu və şifrənizi "Daxil ol" bölməsində yazmaqla sistemdən istifadəyə başlaya bilərsiniz.

Qeydiyyatdan sonra istifadəyə necə başlayım?

Qeydiyyatdan keçdikdən və qeydiyyatınızın təsdiqi ilə bağlı TEOREM tərəfindən Sizə göndərilən aktivasiya məktubunda aktivləşdirməni etdikdən sonra Siz Ana səhifədə "DAXİL OL " bölməsinə elektron poçtunuzu və şifrənizi daxil etməklə TEOREM-dən istifadəyə başlaya bilərsiniz.

 

Qeydiyyat prosesində mobil telefonu qeyd etmək məcburidirmi?

Xeyr. Mobil nömrənin qeyd edilməsi yalnız ödəniş və bu kimi mobil xidmətlər zamanı lazımdır. Ancaq qarşısında ulduz işarəsi olan xanaların doldurulması məcburidir.

Mənə qeydiyyatla bağlı aktivasiya (təsdiq) məktubu gəlməyib, nə edim?

“Spam” bölməsini yoxlayın, lütfən. Əgər məktub orada da yoxdursa, TEOREM-lə əlaqə saxlayın və ya [email protected] emailinə məktub yazın.

Qeydiyyat təsdiqlənəndən sonra əldə etdiyim Profil (hesab) mənə nə verəcək ?

Siz öz hesabınız vasitəsilə şəxsi kabinetinizə daxil ola və buradakı imkanlardan istifadə edə, özünüzə Repetitorlar seçə, onlayn sınaq imtahanlarına daxil ola və s. bu kimi xidmətlərimizdən istifadə edə bilərsiniz.

Nədən başlamalı ?

TEOREM-dən istifadəyə başlamadan öncə mütləq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat üçün sadəcə elektron poçt tələb olunur.Qeydiyyatdan sonra elektron poçtunuza daxil olaraq TEOREM tərəfindən sizə göndərilən aktivasiya linkini aktiv etməlisiniz. Bundan sonra Siz TEOREM-də "Daxil Ol" bölməsində öz elektron poçtunuzu və şifrənizi yazmaqla sistemdəm istifadəyə başlaya bilərsiniz..

Profilimi necə redaktə edə bilərəm ?

Hesaba daxil olduqdan sonra ekranin sol tərəfində “hesab tənzimləmələri” bölməsinə daxil olaraq profilinizi redaktə edə bilərsiniz.

Mən öz şifrəmi unutmuşam, nə edim?

Ana səhifədə olan "Daxil Olun" bölməsində “Şifrənizi unutmusuz?” düyməsini basın və öz elektron ünvanınızı qeyd edin. Yalnız bundan sonra şifrə sizin elektron ünvanınıza göndəriləcək. Eyni zamanda "Şifrə tənzimləmələri" menyusundan istifadə etməklə də şifrənizi yeniləyə bilərsiniz. Bunun üçün ilk öncə əvvəlki şifrənizi qeyd etməlisiniz.

Profil şəklimi necə dəyişə bilərəm?

Öz hesabınıza daxil olduqdan sonra Hesab tənzimləmələrinə daxil olaraq ekranın sol yuxarı hissəsindəki "şəkli dəyiş" düyməsini sıxmağınız və yeni şəkli yükləməyiniz kifayətdir.

Məndə texniki problemlər yaranıb. Nə edim?

[email protected] ünvanı müraciət edə bilərsiniz.

Mesajı necə redaktə/silə bilərəm?

Göndərilən mesajları redaktə etmək mümkün deyil. Yalnızca mesajları öz hesabınızdan silə bilərsiniz.

Hesabımdan pulu geri çəkə bilərəmmi?

Xeyr, ödəniş etdikdən sonra pulun geri qaytarılması nəzərdə tutulmayıb. 

Mən TEOREM-in adminstratoru/rəhbərliyi ilə necə əlaqə saxlaya bilərəm?

Ən rahat yol “Əlaqə” bölməsində əlaqə formasını doldurub göndərməkdir. Həmçinin  [email protected] elektron ünvanına da yaza bilərsiniz.

Ofisiniz harda yerləşir?

Azərbaycan, Bakı ş., AZ 1007, Akademik Mustafa Topçubaşov küçəsi 23/1

Auditoriyamı dəyişə bilərəmmi?

Xeyr. Lakin auditoriyanız ilə bağlı digər məlumatları(sinif, qrup, məktəb və s) dəyişə bilərsiniz.

Mən adi müəlliməm, TEOREM mənə nə qazandıracaq?

Gündəlik tədris yükünüzü asanlaşdıracaq və şagirdlərinizlə əlaqələrinizi, bütöv imtahana hazırlıq prosesini  daha rahat və effektiv quracaqsınız. İstənilən yerdən və istənilən vaxt tədris prosesini gerçəkləşdirə biləcəksiniz. Sizin  köməyinizə, xidmətlərinizə ehtiyacı olan yeni şagirdlərlə rastlaşacaqsınız.  
TEOREM-in üsütünlükləri haqqında geniş məlumatı buradan əldə edə bilərsiniz.

Məktəblər və Hazırlıq Kursları üçün hansı təklifləriniz var?

Hazırlıq kursları və Məktəblər TEOREM-in test bazasından istifadə etməklə sınaq imtahanları təşkil edə, İmtahan kitabçalarını çap edə, imtahanların nəticələrini onlayn olaraq təqdim edə bilərlər. 

Məktəb Sınaq sistemi aşağıdakı imkanları yaradır :

  1. İstənilən auditoriya üzrə ( orta məktəb, ali məktəb və s.) sınaq imtahanı təşkil etmək
  2. Sınaq imtahanlarını kitabça formasında çap etmək
  3. İmtahanları bazadan generasiya edərkən sualları öz istədiyi qaydada onlayn formada dəyişmək və sualların sıralanmasını dəyişmək.
  4. Generasiya olunan imtahanları müxtəlif variantlarda ( A, B, C  və s. variantlar ) Kitabça formasında çap etmək
  5. İmtahan nəticələrini (cavabları) onlayn formada təqdim etmək
  6. Kursda imtahan verən şagirdə bu imtahanı da özünün digər özəl imtahanlarına (öz hesabına)  əlavə etmək.
  7. Kurs/Məktəb tərəfindən əvvəlki imtahanların tarixçələrinə baxmaq və yenidən ondan istifadə etmək
  8. Onlayn rejimdə kalkulyatordan istifadə etmək və s.

Məktəb Sınaq Sisteminin verdiyi imkanlar və üstünlükləri haqqında ətraflı məlumat üçün buraya daxil olun.

Kurs/Məktəb sınaq imtahanlarının nəticələri necə əldə olunur ?

İmtahanda iştirak edənlər imtahandan sonra Məktəb Sınaq Sisteminə daxil olaraq "Sınaq imtahanının nəticələri" menyusunu seçməklə müvafiq  bölmədən  aid olduqları kursu, imtahanı və variantı seçərək cavablara baxa bilərlər. Burada Kalkulyatorla imtahanda toplanan balı da  asanlıqla hesablamaq imkanı yaradılıb

Kurs/Məktəb imtahan kitabçasının başlığında (imtahan rekvizitlərində) dəyişiklik edə bilərəmmi ?

Bəli. Siz burada öz kursunuzun və ya məktəbinizin də adını qeyd edə bilərsiniz.  Bunun üçün sınaq imtahanı seçərkən başlığı dəyişməyiniz kifayətdir.

Xidmətlərdən istifadə tarifləri necədir ?

Şagirdlər üçün imtahanlar xaric digər xidmətlər pulsuzdur, imtahanlar isə seçilən sual sayı və fənnlərə görə dəyişir. Hər  bir imtahan seçiminin qarşısında ödəniləcək məbləğ qeyd edilib. Müəllimlər üçün Repetitor xidmətlərindən istifadə və Kurs/Məktəb sınaq sistemindən istifadə ödənişlidir.
Ödənişlə bağlı daha geniş məlumatı Ödənişlər bölməsindən əldə etmək olar  

Mən ödəməni nə cür həyata keçirə bilərəm?

Siz ödənişi eManat terminalları, Portmanat elektron pulqabı, Plastik kartlar, Mobil telefon (SMS) və TEOREM Kartı vasitəsilə həyata keçirə bilərsiniz. Ətraflı məlumat üçün buraya daxil olun.

Hansı ödəniş üsulları var ?

Hazırda TEOREM-də eManat, Portmanat, Mobil Ödəniş (SMS), Palstik Kart (Bank kartı), TEOREM Kart olmaqla 5 ödəniş üsulu mövcuddur. Ödənişlərlə bağlı daha geniş məlumatı buradan əldə edə bilərsiniz

Ödənişdən istifadə üçün vaxt məhdudiyyəti varmı ?

Xeyr. Hesaba yüklənən TEO-lar hesab mövcud olduğu müddətdə olduğu kimi qalır.

eManat vasitəsilə necə ödəniş edə bilərəm ?

Əgər Plastik kartınız yoxdursa və ya onlayn ödəmək imkanı məhduddursa o zaman nəqd ödəniş də edə bilərsiniz. Bu məqsədlə eManat aparatından istifadə etməlisiniz. Ödəniş üçün eManat terminalında ikinci səhifəyə keçib, Təhsil kateqoriyasına daxil olub, TEOREM loqosunu seçmək və sistemə daxil olarkən qeydiyyatdan keçdiyiniz mobil nömrəni qeyd etmək lazımdır. Mobil nömrəniz terminal tərəfindən yoxlandıqdan sonra daxil edilmiş məlumatların düzgünlüyünü yoxlayın və İRƏLİ düyməsini aktiv edin. Sonra ödəmək istədiyiniz məbləğə uyğun əskinasları daxil edin. “Ödənilən məbləğ” bölməsində ödədiyiniz məbləğ görünənə qədər gözləyin. Sonra “Ödə” düyməsini basın.
Ödənişiniz uğurla başa çatdıqdan sonra çek götürməyi unutmayın.

TEOREM Kartla necə ödəniş edə bilərəm ?

TEOREM Kart Teorem.az-da ödəniş etmək üçün istifadə olunan virtual ödəniş vasitəsidir.  Bu məqsədlə TEOREM –də ödəniş üsulları bölməsindən "TEOREM Kart" seçmək lazımdır. Bu zaman açılan pəncərədə Kartın üstündəki nömrəni ( 20 rəqəmli kodu) və tarixləri  müvafiq yerlərə qeyd etmək və "İrəli" düyməsini aktiv etmək lazımdır. 
TEOREM Kartı ofisimizdən və əməkdaşlıq etdiyimiz qurumlardan əldə edə bilərsiniz ( Tezliklə).

Ödənilmiş vəsait geri qaytarıla bilərmi ?

Xeyr. Edilən ödənişlər geri qaytarılmır.

Ödəmə şərtləri necədir ?

TEOREM-də pulsuz istifadə imkanı başa çatdıqdan sonra xidmətlərdən istifadə üçün ödəniş etmək lazımdır. Sınaq imtahanlarını generasiya etdikdə imtahanların qiyməti imtahanın adının qarşısında qeyd olunur. Ödəniş manatla aparılır. TEOREM-də ödəniş vahidi olaraq TEO qəbul edilib : 1 TEO = 1 qəpik . Balans artırılarkən ödənilən məbləğ qeyd olunan prinsip nəzərə alınmaqla TEO-ya çevrilir və bu dərhal balansda görünür. Əgər nəqd olaraq ödəniş vacibdirsə bu zaman eManat terminallarından istifadə etmək olar, həmçinin də Mobil telefon (SMS), Plastik Kart, TEOREM  Kart və Portmanat vasitəsilə də ödəniş etmək mümkündür. 
  Ödənişlə bağlı imkanlar və Qaydaları buradan əldə edə bilərsiniz .

Ödədiyim və istifadə etdiyim vəsait hesabımda görünürmü ?

Bəli. Ödənişləriniz öz hesabınıza daxil olduqda sol tərəfdə Balans bölməsində TEO olaraq göstərilir. Ödənilən məbləğ  TEOREM-in ödəniş vahidi olan TEO-ya çevrilir. Ödəniş manatla aparılır. 1 TEO = 1 qəpik. Vəsaitdən istifadə etdikcə balansınızın dəyişilməsini də izləyə bilərsiniz. 

Ödəniş zamanı ödəniş sistemləri tərəfindən istifadəçilərdən hansısa faizlər tutulurmu ?

Ödəniş zamanı istifadəçilərdən hər hansı faiz və ya komissiya tutulmur. Bu tip faizlər və ya komissiyalar TEOREM-lə Ödəniş operatorları arasında  bağlanan müqavilələrə uyğun olaraq TEOREM tərəfindən ödənilir.

TEOREM-dən pulsuz istifadə etmək olarmı ?

Bəli. TEOREM-in bəzi xidmətlərindən məhdud həcmdə  ödənişsiz faydalanmaq mümkündür. Eyni zamanda ilk dəfə qeydiyyatdan keçənlər üçün 125 TEO ( 1 TEO = 1 qəpik )  balansa yüklənir. 

Plastik kartım yoxdur, nəğd ödəniş edə bilərəmmi ?

Bəli. Bu məqsədlə siz yaxınlıqdakı eManat terminalına yaxınlaşmalı və bu aparatda TEOREM xidmətini seçməklə nəğd ödənişinizi reallaşdıra bilərsiniz.

Daha ətraflı burada.

Endirimlər varmı?

Mövcud endirimlərimiz yalnız məktəb/kurs paketlərimiz üçündür. Digər fərdi istifadəçilər üçün bonus sistemimiz mövcuddur.

TEOREM-də bonus varmı ?

Bəli. TEOREM-də etdiyiniz  ödənişin miqdarından asılı olaraq xüsusi bonus xallar nəzərdə tutulub. İlkin versiyada  5 manatdan yüksək hər bir ödəniş üçün balansınıza 50 TEO əldə edirsiniz

Topladığınız bonus xalları Sizin hesabınızda görsənir.

Ödəniş etmədən TEOREM-dən istifadə edə bilərəmmi?

Bəli. Qeydiyyatdan keçdikdən sonra hər bir auditoriya üçün pulsuz xidmətlərimiz mövcuddur. Hər bir  qeydiyyatdan keçən istifadəçinin balansına  xidmətlərimizdən istifadə məqsədilə 200 TEO yüklənir. ( 1 TEO = 1 qəpik )

Mənim kartım sizin saytda işləmir, nə edim?

Digər plastik kartlardan istifadə edərək yenidən sınayın və ya alternativ ödəmə üsullarından istifadə edin: eManat, Portmanat və ya SMS ödəmə xidmətləri ilə təkrar yoxlayın. Müştərisi olduğunuz bankla da əlaqə saxlayıb problemi həll edə bilərsiniz.

Necə repetitor ola bilərəm ?

Repetitor statusu qazanmaq üçün TEOREM-də müəllim statusunu seçməklə qeydiyyatdan keçmək lazımdır. Sonra  müəllim profilində “Repetitor ol” düyməsini aktiv etmək  və  qarşınıza çıxan anketi doldurmaq lazımdır. Burada  Repetitorun təklif edəcəyi bütün xidmətlər, bu xidmətlərin göstərilməsi üçün zəruri olan şərait, onun haqqında geniş məlumat əks olunur. Bundan sonra anket TEOREM-ə göndərilir. 
Bu statusu qazanmaq istəyənlərin müraciətləri TEOREM tərəfindən təsdiq olunur və bundan sonra Repetitor zəruri ödənişləri edərək sistemin xidmətlərindən istifadəyə başlayır. Problem olarsa [email protected] ünvanına  yaza bilərsiniz və ya Əlaqə bölməsindən istifadə edərək də müraciət edə bilərsiniz.

Repetitor olmaq mənə nə qazandıracaq?

Repetitor statusu qazanmaq sizin gündəlik tədris yükünüzü asanlaşdıracaq və şagirdlərinizlə əlaqələrinizi və tədris prosesinizi məkandan və vaxtdan asılı olmayaraq daha effektiv qurmağınıza kömək edəcək. Repetitor olduqda sizi aşağıdakı imkanlardan faydalana biləcəksiniz :

  1. Repetitor statusu əldə edən müəllim sistemdə qeydiyyatdan keçən şagirdlərini seçə bilir
  2. İmtahanlara hazırlaşmaq arzusunda olan yeni şagirdlər və abituriyentlər tapır
  3. Sistem hazırlıq səviyyəsi müxtəlif olan şagirdlərə fərdi yanaşmağa  imkan verir
  4. Hazırlaşdırdığı şagirdləri üçün bütün siniflər və qruplar üzrə sınaq imtahanları təşkil edir
  5. Hazırlaşdırdığı  şagirdləri üçün konkret mövzular üzrə konkret tapşırıqlar verə bilir
  6. Repetitor hazırlaşdırdığı  şagirdlər və abituriyentlər üçün testləri çətinlik dərəcəsindən asılı olaraq seçə bilir.
  7. Repetitor şagirdlərin ballarının, hazırlıq səviyyəsinin artıb-azalmasına nəzarət edə bilir
  8. Repetitor şagirdlərinə təklikdə və hamı üçün eyni anda mesaj göndərə bilir
  9. Repetitor öz imkanlarını üzə çıxarda bilir və özünü daha yaxşı tanıda bilir
  10. Sistemdən istənilən vaxt  və istənilən yerdə istifadə etməklə hazırlıq prosesini daha effektiv qura bilir
  11. Repetitor hazırlaşdırdığı şagirdlərin və abituriyentlərin bilik səviyyəsi ilə bağlı operativ məlumat əldə edə bilir
  12. Repetitor KSQ/BSQ imtahanları yaratmaqla şagird və abituriyentlərini onlayn formada imtahan edə bilir və s.

Repetitorun reytinqi necə müəyyən olunur ?

Repetitorun reytinqi ona şagirdlər tərəfindən verilən ballar nəticəsində müəyyən edilir. Hər bir şagird öz repetitoruna 5 ballıq sistemlə qiymət verə bilər. Repetitorun reytinqinə onun neçə şagirdi olması, bu şagirdlərin neçəsinin ona qiymət verməsi  və s kimi addımlar təsir edir.

Repetitor şagirdin səviyyəsinə uyğun test(sınaq) müəyəyn edə bilirmi ?

Bəli, Repetitorlar şagirdin səviyyəsinə uyğun olaraq imtahana daxil olan sualların asan, orta və ya çətin olmasını eləcə də hansı mövzuları əhatə etdiyini qabaqcadan seçə bilər.

Repetitorun mesajlarına haradan baxa bilərəm ?

Bildirişlər haqqında məlumat almaq, izahatlara baxmaq, mövcud yazışmanı davam etmək üçün və ya gələn mesajlara baxmaq üçün hesabınızdakı “məktublar” , "bildirişlər" və "izahatlar" bölmələrinə daxil olmanız kifayətdir.

Repetitorumla necə əlaqə qura bilərəm ?

Bunun üçün hesabınızda  yerləşən “Repetitorum” bölməsinə daxil olaraq istədiyiniz Repetitoru seçərək mesaj göndərə bilərsiniz.

Repetitor şagirdləri seçir yoxsa şagirdlər repetitoru seçir ?

İndiki versiyada şagirdlər  öz Repetitorlarını seçir və bu seçimi təsdiq etmək üçün onlara "Repetitor sorğusu" göndərir. Bundan sonra Repetitor bu sorğunu öz virtual otağında görür  və həmin şagirdi qəbul edə və ya onun sorğusuna mənfi cavab verə bilər.
Bir şagird beş Repetitor seçə bilər. Bir Repetitor tədris üçün iki fənn seçə bilər.

Repetitoru necə axtara və seçə bilərəm ?

Bunun üçün ana səhifədəki “Axtarış” düyməsi vasitəsilə və ya  ana səhifədə “Onlayn Repetitor Sistemi”nə daxil olaraq axtarış edə bilərsiniz. Həmçinin Repetitorların geniş axtarışı imkanlarından da faydalanaraq regionlar üzrə, ixtisas üzrə, auditoriya üzrə , istənilən açar sözə görə də Repetitor axtara bilərsiniz.
Repetitorların reytinqə görə sıralanması imkanları da axtarəşda nəzərdə tutulub.

Repetitorların siyahısı və TEOREM tövsiyyə edir menyulaından istifadə etməklə də Repetitor axtara bilərsiniz.

Repetitor və müəllim statuslarının fərqi nədir ?

Müəllim statusu ilə işləyənlər TEOREM-də məhdud sayda xidmətlərdən istifadə edə bilirlər. Repetitor statusu qazananlar isə TEOREM-in daha geniş xidmətlərindən və imkanlarından faydalana bilirlər . 
Repetitor olmaqla repetitor otağının bütün funksiyalarından istifadə edə bilərsiniz. Bu imkanların bir qismi aşağıdakılardır :

1 . Onlayn şagird qəbul etmək (Teoremdə qeydiyyatdan keçən şagirdlərini öz repetitor otağına qəbul edə bilər)

2 . Öz repetitor otağına üzv olan şagirdlərindən online şəkildə sınaq imtahanı qəbul etmək* (əvvəldən müəyyən edilmiş miqdarda)

3 . Öz repetitor otağına üzv olan şagirdlərinə öz tədris fənləri üzrə onlayn ev tapşırığı vermək

4 . Öz tədris fənləri üzrə gündəlik dərs zamanı şagirdlərinin biliyini yoxlamaq məqsədilə istifadə etmək üçün sınaq imtahan çap etmək (bura məhdud sayda fərqli variant daxildir)

5 . Öz repetitor otağına üzv olan şagirdlərinin hamısına eyni anda və ya ayrılıqda mesaj göndərmək.

6. Öz repetitor otağına üzv olan şagirdlərinə seçilmiş formada spesifik(açıq-qapalı, asan-çətin-orta və s) testlər seçmək və göndərmək mümkündür

7. Öz repetitor otağına üzv olan şagirdlərinə test suallarının izahlarının göndərmək.

8. Öz repetitor otağına üzv olan şagirdlərlə video əlaqə qurmaq.

9. Öz repetitor otağına üzv olan şagirdlərin imtahan nəticələri və bu nəticələr əsasında avtomatik hazırlanan statistikaya nəzər yetirmək ( Burada şagirdin ən zəif olduğu mövzu, ən çox səhv etdiyi sual tipləri və s görünəcək)

Müəllimlər isə otağın yalnız sadə imkanlarından istifadə edə bilər. Bunlara ödəniş müqabilində imtahan generasiya etmək və onu çap etmək daxildir. Həmçinin özünü  imtahan edə bilər

Müəllimə, repetitora məktub yaza bilərəmmi?

Bəli, Hesabınızda olan “Repetitorum” bölməsinə əlavə etdiyiniz müəllimlərə “Məktub yaz” düyməsi vasitəsilə məktub yaza bilərsiniz. Yazışmalarınızın tarixçəsinə də nəzarət edə bilərsiniz

Müəllim, repetitor mənə cavab vermir, nə edim?

Repetitorun seçimini Siz müəyyən edirsiniz. Seçiminizdə diqqətli olmağınız tövsiyyə olunur. TEOREM  imtahanlara hazırlıq prosesini daha effektiv qurmaq, biliyinizi yoxlamaq və digər xidmətlərimizdən istifadə üçün Sizə rahat platforma təqdim edir.  Əgər ciddi problemləriniz varsa TEOREM-ə müraciət edə bilərsiniz

Əgər repetitorlar bağlı şikayətlər çox olarsa nə baş verəcək ? TEOREM Repetitorun hesabını bağlaya bilərmi ?

Bəli. Bu halda ilk öncə şikayətlər yoxlanılacaq, əgər şikayətlər əsaslıdırsa, ilk dəfə Repetitora xəbərdarlıq verilir. Şikayətə səbəb olan əsaslar aradan qaldırılmazsa,  təkrarlanarsa hesab  TEOREM tərəfindən bağlana bilər. 

Kimlər TEOREM üçün test göndərə bilər ?

TEOREM-də müəllim olaraq qeydiyyatdan keçən hər bir istifadəşi bizə test tapşırıqları göndərə bilər. Bundan əlavə Repetitorlar bu xidmətdən istifadə edə bilər. Bunun üçün şəxsi kabinetinizdəki “Test göndər” bölməsinə daxil ola bilərsiniz.
Göndərilən testlər TEOREM tərəfidnən müəyyən olunan tələblərə cavab verməlidir. Həmçinin də testlər qabaqcadan müəyyən olunan qaydalar üzrə tərtib olunmalıdır. 

.doc, docx, pdf fromatlarda test göndərə bilərəmmi ?

Bəli.

TEOREM-in Test Bazası necə formalaşır ?

TEOREM-in Test Bazası TQDK-nın açıq sual bazası, eləcə də TEOREM-in əməkdaşlıq etdiyi müəllimlərdən alınan suallar əsasına formalaşır. Bundan əlavə olaraq TEOREM-ə  digər müəllimlər tərəfindən göndərilən suallar da, əgər tələblərə cavab verirsə test bazamıza daxil edilə bilər. Hazırda TEOREM-in test bazasında təxminən 100 000 min test toplanıb. TEOREM-in test bazası müntəzəm olaraq yenilənir.

Eyni anda bir neçə sinfin bir neçə fənninin müxtəlif fəsillərini əhatə edən suallardan ibarət sınaq imtahanı generasiya etmək olarmı ?

Bəli, bu funksiya TEOREM-də "Onlayn Sınaq Sistemində" “Məktəb Qiymətləndirmə (MQ)” imtahanlarında mümkündür. Burada istənilən sinfin istənilən fənninin istənilən fəsil və paraqraflarını seçməklə bütün  seçdiyiniz sahəni əhatə edən sınaq imtahanını generasiya edə bilərsiniz.

 

TEOREM vasitəsilə hansı sınaq imtahanlarını verə bilərəm ?

1.Abituriyentlər üçün sınaq imtahanları

  1. Qruplar üzrə sınaq imtahanları (seçilən qrupa uyğun 5 fənn üzrə toplam 125 sualdan ibarət olan sınaq imtahanı)
  2. Qrupların fənnləri üzrə sınaq imtahanları (seçilən qrupun 1 fənni üzrə 25 sualdan ibarət sınaq imtahanı)

2. Orta məktəb (şagirdlər) üçün sınaq imtahanları

  1. Hər bir sinfin hər bir fənni üzrə imtahanlar (seçilən sinifin bir fənni üzrə 10,20 və ya 30 sualdan ibarət  ümumi sınaq imtahanı)
  2. Hər bir sinfin hər bir fənnindən istənilən fəsil,paraqraf,mövzular üzrə imtahanlar(Kiçik Summerativ qiymətləndirmə).( seçilən sinfin seçilən fənnində istənilən fəsil, paraqraf və ya mövzuya uyğun olaraq 10,20 və ya 30 sualdan ibarət mövzu sınaq imtahanı)
  3. İllik və yarım illik imtahanlar(Böyük Summerativ Qiymətləndirmə) (seçilən sinfə və fənnə uyğun olaraq 10-20-30 sualdan ibarət olan İllik və ya yarım illik imtahan)
  4. Monitorinq imtahanlari
  5. Məktəb Qiymətləndirmə(MQ) imtahanlari
  6. Hərbi Liseylərə qəbul sınaq imtahanı(5-8-ci sinif Yeni təhsil proqramları(kurikulum) əsasında 90 sualdan ibarət şəkildə hazırlanan sınaq imtahanları)
  7. Hərbi Tibb məktəbinə qəbul sınaq imtahanları (hərbi tibb məktəblərinə hazırlıq məqsədi ilə 2 fəndən ibarət sınaq imtahanı)
  8. Kurikulum(Yeni təhsil proqramları) imtahanları (5-8-ci siniflərin kurikulum fənnləri üzrə yeni bazaya uyğun olan sınaq imtahanları)
  9. Kurikulum KSQ və BSQ imtahanları (kurikulum fənnləri və siniflərinə uyğun olaraq hazırlanmış Kiçik Summativ Qiymətləndirmə və Böyük Summativ Qiymətləndirmə imtahanları)
  10. 9 və 11-ci sinif sınaq buraxılış imtahanları ( Mövcud buraxılış imtahanı qaydalarına uyğun olaraq müəyyən olunan fənlər üzrə buraxılış sınaq imtahanları)
  11. 9 və 11-ci sinif Orta ixtisas müəssisələrinə(kolleclərə) qəbul sınaq imtahanı (Mövcud imtahan qaydalarına əsasən hazırlanan kolleclərə qəbul sınaq imtahanları)

3. Magistrlar üçün sınaq imtahanları

  1. Ümumi sınaq imtahanı (magistr fənlərindən(3fənn) TQDK standartlarına əsasən hazırlanmış 100 sualdan ibarət sınaq imtahanı)
  2. Fənn imtahanı (Magistr imtahanına daxil olan fənlərdən seçilmiş birinə aid sınaq imtahanı)

4. Dövlət qulluğuna hazırlaşanlar üçün sınaq imtahanları

  1. Ümumi sınaq imtahanı (Dövlət qulluğuna qəbul fənlərindən(3fənn) Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın imtahan qaydalarına əsasən hazırlanmış X sualdan ibarət sınaq imtahanı)
  2. Fənn imtahanı (Dövlət qulluğuna qəbul imtahanına daxil olan fənlərdən seçilmiş birinə aid sınaq imtahanı)

5. Müəllimlər üçün imtahanlar

  1. Müəllimlərin işə qəbulu üzrə ümumi sınaq ( Müəllimlərin işə qəbulu üzrə bütün fənnlərdən ümumi sınaq imtahanı)
  2. Müəllimlərin işə qəbulu üzrə fənn imtahanı ( Müəllimin işə qəbulu üzrə seçilmiş fənn üzrə fənn sınaq imtahanı)
  3. Müəllimin diaqnostik qiymətləndirilməsi ümumi sınaq (Müəllimlərin diaqnostik qiymətləndirilməsi üzrə bütün fənnlərdən ümumi sınaq imtahanı)
  4. Müəllimin diaqnostik qiymətləndirilməsi üzrə fənn imtahanı (Müəllimin diaqnostik qiymətləndirilməsi üzrə seçilmiş fənn üzrə fənn sınaq imtahanı)

 

6. Direktorların işə qəbulu

Test suallarını necə cavablandırmaq lazımdır ?

Test suallarını cavablandırarkən düzgün hesab etdiyiniz cavabın yanındakı dairəni üzərini mausla seçmək lazımdır. Cavabdan imtina üçün "İşarələdiyin cavabı ləğv et" düyməsini aktiv etmək lazımdır. Cavablandırılan sualların sayına nəzarət etmək üçün cavab kartının aşağısında və ya sual blokunun alt hissəsində olan qeydlərə diqqət edə bilərsiniz. Burada cavablandırdığınız sualların sayı qeyd edilir. Bu say yalnız yeniləmədən sonra sonuncu vəziyyəti göstərir.
Əgər  cavablandırdığınız sualda səhv və ya hər hansı xəta tapmısınızsa  sol tərəfdə nida işarəsi ilə qeyd olunan "Sual ilə bağlı xəta bildir" düyməsindən istifadə etməklə ətraflı məlumatı bizə göndərə bilərsiniz.
Suallar üzərində işləmək üçün  klaviaturanın "sola" və "sağa", "aşağı" və "yuxarı" istiqamətlənmiş düymələrindən də istifadə edə bilərsiniz.  

Test suallarını klaviaturadan istifadə etməklə cavablandıra bilərərmmi ?

Bəli. ​Suallar üzərində işləmək üçün  klaviaturanın "sola" və "sağa", "aşağı" və "yuxarı" istiqamətlənmiş düymələrindən də istifadə edə bilərsiniz. 

Sınaq imtahanları neçə formalaşır (generasiya olunur) ?

Suallar DİM sisteminə əsasən seçilir. Hər bir imtahan mövcud dövlət standartlarına əsasən asan, orta və çətin suallardan eləcə də seçilən imtahana uyğun fəsil və mövzulara əsasən TEOREM bazasından olaraq hər bir istifadəçi üçün unikal şəkildə generasiya olunur.

Dostları necə tapım və necə dostluğuma əlavə edim?

Bunun üçün  öz hesabınıza daxil olaraq  hesab tənzimləmələrindən  DOSTLARIM bölməsini seçmək lazimdir .Burada siz dost axtara, onlara sorğu göndərə və dostlar şəbəkəsi yarada bilərsiniz. Seçiminizdən asılı olaraq öz imtahan nəticələrinizi dostlarınızla da bölüşə bilərsiniz

Valideynlər TEOREM-dən necə faydalana bilərlər ?

Valideynlər övladlarının tədris prosesinə nəzarət edə bilərlər. Bu məqsədlə valideyn TEOREM-də qeydiyyatdan keçməlidir. Əgər TEOREM istifadəçisi özünün hesab tənzimləmələri bölməsində valideynini də dost olaraq qəbul edərsə onda valideynin də bu istifadəçinin bütün imtahan nəticələrinə baxmaq imkanı olacaqdır

İmtahan nəticələrini elektron poçt vasitəsilə ala bilərəmmi ?

Bəli, ələ edə bilərsiniz. Bnun üçün imtahan bitdikdən sonra nəticələr səhifəsindən “Nəticəni emailimə göndər” düyməsini aktiv etməyiniz kifayətdir. Bu zaman məlumatlar sizin qeydiyyatdan keçdiyiniz zaman istifadə etdiyiniz elektron poçtunuza göndəriləcək və bu haqda mesaj ekranda görsənəcək.

Əvvəlki imtahanlarıma baxa bilərəmmi ?

Bəli. Bunun üçün öz hesabınıza daxil olub, İmtahanlar bölümünü seçməyiniz kifayətdir. Bu zaman siz keçmiş imtahanlarınızın yerləşdiyi səhifəyə yönləndiriləcəksiniz və buradan baxmaq istədiyiniz imtahanı seçib ona daxil ola bilərsiniz.

Mənim imtahan nəticələrimi kimlər görə bilər ?

 İmtahan nəticələri istifadəçinin özünə və əgər Repetitoru varsa onun  Repetitorlarına açıq olur.

Əgər istifadəçi qeydiyyatdan keçərkən istifadə etdiyi məlumatlar pəncərəsində ən aşağı hissədə qeyd olunan "İmtahan nəticələrimi dostlarıma göstər"  seçimini edərsə  onun hər  hansı bir imtahan nəticəsini dostları da görə biləcək.

Nəticələri çap edə və elektron poçtuma göndərə bilərəmmi ?

Bəli, imtahan nəticələrini çap etmək mümkündür. Bunun üçün imtahan nəticələri olan pəncərədə yuxarı sağ hissədə "Çap et" düyməsindən istifadə etmək lazmdır və ya “Ctrl+P” qısa yol düyməsindən istifadə etmək kifayətdir.

Həmin hissədə yerləşən "Nəticəni email ünvanıma göndər" düyməsiindən istifadə etməklə nəticəni qeydiyyatdan keçərkən istifadə etdiyiniz elektron poçtunuza da göndərə bilərsiniz

Balımı və qiymətlərimi dostlarımdan necə gizləyim?

Bunun üçün  hesab tənzimləmələri bölməsinə daxil olmaq və ən aşağı hissədə olan “İmtahan nəticələrimi dostlarım görə bilsin”  menyusunda seçimdən imtina etmək lazımdır

Generasiya olunmuş sınaq imtahanı bitirmədən digər imtahan generasiya edə bilərəmmi ?

 Xeyr. Siz ilk öncə mövcud imtahanı bitirməlisiniz. Əks halda imtahan generasiya etmək istədiyiniz zaman sistem sizi bitməmiş imtahana yönləndirəcək.

Sınaq imtahanların nəticələrini necə öyrənə bilərəm ?

Sınaq zamanı "imtahanı bitir" düyməsini basdığınız zaman cavablar avtomatik olaraq birbaşa ekranınıza görsənəcək . Bundan əlavə keçmiş imtahan nəticələrinizi öyrənmək istəsəniz hesabınızda İmtahanlar bölməsində həmin imtahanları görə bilərsiniz.

Əvvəlki sınaq imtahanının nəticələrinə necə baxa bilərəm?

Bunun üçün öz hesabınıza daxil olub, İmtahanlar bölümünü seçmək kifayətdir. Bu zaman siz əvvəlki imtahanlarınızın yerləşdiyi səhifəyə yönləndiriləcəksiniz və buradan baxmaq istədiyiniz imtahanı seçib ona daxil ola bilərsiniz.
Siz öz hesabınızda həm özünüzün verdiyi həm də Kurs/Məktəb Sınaq sistemində istifadə etdiyiniz sınaqların tarixçəsinə baxa bilərsiniz. 

İmtahan verənlərin reytinqi necə müəyyən olunur ?

İmtahan iştirakçılarının reytinqi  yalnız abituriyent auditoriyası üzrə (ali məktəbə qəbul üzrə)  sınaq imtahanlardan toplanan ballar əsasən müəyyən edilir.

Sınaq imtahanları neçəyədir?

Seçdiyiniz auditoriya, fənn və sual sayına görə sınaq imtahanların qiymətləri dəyişir. Generasiya etdiyiniz (seçdiyiniz ) hər bir sınaq imtahanının qarşısında onun qiyməti yazılıb Qiymət TEO ilə qeyd olunub. 1 TEO = 1 qəpik.  Ödənişlərlə bağlı ətraflı məlumat üçün Bura daxil ola bilərsiniz.

Şagird və abituriyentlərə nə vəd edirsiniz?

Şagirdlər, abituriyent statusu qazananlar Onlayn Sınaq Sistemi, Onlayn Repetitor Sistemi və Kurs/Məktəb Sisteminin imkanlarından faydalana bilirlər. Daha geniş məlumat üçün buraya daxil ola bilərsiniz.

Sınaqlar imtahanları hansı dildə keçirilir?

Hazırda resurs yalnız Azərbaycan dilində fəaliyyət göstərir.

Sınaq imtahanında necə iştirak edə bilərəm?

İlk öncə siz özünüzün seçimi əsasında istədiyiniz auditoriya üzrə ( orta məktəb, abituriyent, magistratura və s .) sınaq imtahanında iştirak edə bilərsiniz.
Bunun üçün sistemdə qeydiyyatdan keçib  Onlayn Sınaq Sistemində  istədiyiniz auditoriyanı seçib uyğun ödənişi etməyiniz kifayətdir. Yeni qeydiyyatdan keçənlər üçün xidmətlərdən istifadə pulsuzdur - TEOREM tərəfindən bu istifadəçilərin balansına 200 TEO yüklənir.
Repetitorunuzun sizə göndərdiyi sınaq imtahanlarında da iştirak imkanlarınız var.
Kurs/Məktəb Sınaq Sistemində isə oflayn  sınaq imtahanlarında iştirak edə bilərsiniz.

Sınaq imtahanlarının nəticələrini nə zaman görə bilərəm?

Sınaq başa çatdıqda və ya imtahanın gedişində "İmtahanı bitir" düyməsini basdığınız zaman cavablar, topladığınız ballar avtomatik olaraq birbaşa ekranınıza çıxacaq. Bundan əlavə keçmiş imtahan nəticələrinizi öyrənmək istəsəniz öz hesabınızda "İmtahanlar" bölməsindən həmin imtahanı seçə bilərsiniz.İmtahan nəticələrini çap etmək imkanı da nəzərdə tutulub.
Kurs/Məktəb sistemində verdiyiniz imtahanların cavablarını isə bu Kurs/Məktəb bölməsində "İmtahan cavabları"na daxil olaraq imtahanınıza uyğun məlumatları sistemdən seçməklə əldə edə bilərsiniz

Müəllimlər haqqında məlumatı hardan əldə edə bilərəm?

TEOREM-dəki axtarış bölməsindən və  “Onlayn Repetitor Sistemi”ndən müəllimlər haqqında ətraflı məlumat əldə edə bilərsiniz.

Testin düzgün cavablarına necə baxım?

İmtahan bitdikdən dərhal sonra cavablar və nəticələr birbaşa ekrana çıxır. Burada siz düzgün və səhv cavab verdiklərinizlə, cavablandırılmayan suallarla tanış ola bilərsiniz.  Daha əvvəl verdiyiniz imtahanda olan sualların düzgün cavabları isə  hesabınızda "İmtahanlar" bölməsində yerləşdirilib. 
Balların hesablanması mövcud qaydalara uyğun olaraq həyata keçirilir.

Eyni anda bütün məktəb proqramı üzrə sınaq imtahanı generasiya etmək mümkündürmü ?

Bəli, 5-ci sinifdən başlayaraq bütün sinifləri əhatə etməklə sınaq imtahanı generasiya etmək olar. Bu funksiya TEOREM-də "Onlayn Sınaq Sistemində" “Məktəb Qiymətləndirmə (MQ)” bölməsində mümkündür. Burada istənilən sinfin istənilən fənninin istənilən fəsil və paraqraflarına aid suallar seçilməklə sınaq imtahanı generasiya etmək olar.

Testdəki xətanı necə bildirə bilərəm ?

Hər bir testin cavablandırılması zamanı sualın mətn hissəsinin aşağısında, nida işarəsi olan hissədə “Xəta bildir” düyməsi yerləşdirilib. Bu düymədən istifadə edərək hər bir istifadəçi qarşısına çıxan testdəki səhvlər haqqında məlumat verə bilər.
Daxil olan məlumatlar TEOREM ekspertləri tərəfindən araşdırılır.