Teorem.az onlayn təhsil platformasında yeniliklər edilib


Teorem.az onlayn təhsil sistemində istifadəçilər üçün yeni imkanlar yaradılıb.


Sistemdə  Müəllim, Repetitor və Məktəb/Kurs statusları üzrə qeydiyyatdan keçənlər üçün “Hesab” bölümlərinə yeni istifadəçi xidmətləri əlavə olunub.

Artıq məllimlər müxtəlif siniflər və  fənlər üzrə tədris planlarının hazırlanmasında çətinlik çəkməyəcək.

Teorem.az Təhsil Nazirliyi tərəfindən təqdim edilən müvafiq tədris planlarına uyğun olaraq hər bir fənn üzrə tədris ilinin prespektiv planını tərtib və çap etməyə imkan verir.

Həmçinin, Repetitor statusu olan istifadəçilər  hesablarına əlavə olunan  “KSQ /BSQ yarat” bölməsi ilə şagird və ya abituriyentləri onlayn və oflayn şəkildə imtahan edə biləcək.

Saytda tətbiq edilən növbəti yenilik isə “KSQ /BSQ  çap et” funksiyasıdır.  Bu xidmət yalnız Məktəb/Kurs statusu ilə qeydiyyatdan keçən istifadəçilər üçün nəzərdə tutulub. Belə ki, funksiya imtahan vərəqələrini çap etməyə və oflayn imtahan keçirməyə imkan yaradacaq.

Hazırda platformanın Onlayn Sınaq Sistemi də təkmilləşdirilir, yeni əlavələr edilir. Sistemdə 1-4-cü siniflər üzrə onlayn sınaq imtahanları bölməsi əlavə edilib. Artıq bu siniflər üzrə Teorem.az-ın test bazasına  mövcud standartlara uyğun test tapşırıqları yüklənib.

Qeyd edək ki, Teorem.az-ın mobil tətbiqləri də yenilənib. iOS və Android istifadəçiləri  mobil tədbiqləri yükləyərək xidmətlərdən daha rahat formada yararlana biləcək.

Məlum olduğu kimi, auditoriyası artmaqda olan təhsil platforması müxtəlif ödəniş sistemlərinə inteqrasiya olunub. Mobil ödəmə imkanlarından  isə indiyədək yalnız  Azercell istifadəçiləri yararlana bilirdi.

Hazırda Teorem.az-da ödəniş imkanlarının genişləndirilməsi üzərində də işlər davam etdirilir.

Belə ki,  Nar və Bakcell istifadəçilərinin də Teorem.az  xidmətlərindən daha rahat formada istifadəsi üçün görülən işlər başa çatmaq üzrədir. Qısa müddətdə bu mobil operatorların istiadəçiləri də mobil telefondan ödəniş həyata keçirə biləcək.

Teorem.az