Kurs/Məktəb statusunu necə əldə edim ?


Məktəb Sınaq Sistemi

Kurs/Məktəb statusu qazanmaq üçün ilk növbədə TEOREM-də  Kurs/Məktəb statusunu seçməklə qeydiyyatdan keçmək lazımdır. Bu status TEOREM tərəfindən təsdiq olunduqdan sonra xidmətlərdən istifadə aktiv olacaq. Statusun təsdiqi üçün TEOREM-lə əlaqə saxlamaq lazımdır. 

Məktəb Sınaq Sistemi Hazırlıq Kursları və təhsil müəssisələri üçün sınaq imtahanları təşkil etməyə imkan verən platformadır. Bu sistem vasitəsilə Hazırlıq Kursları və təhsil müəssisələri  TEOREM-in test bazasından istifadə etməklə öz şagirdləri və abituriyentləri üçün və ya bu qurumlara müraciət edən hər bir istifadəçi üçün  oflayn formada Sınaq imtahanları təşkil edə bilir. 

Məktəb Sınaq Sisteminin aşağıdakı imkanları yaradır :

  1. İstənilən auditoriya üzrə ( orta məktəb, ali məktəb və s.) sınaq imtahanı təşkil etmək
  2. Sınaq imtahanlarını kitabça formasında çap etmək
  3. İmtahanları bazadan generasiya edərkən sualları öz istədiyi qaydada onlayn formada dəyişmək və sualların sıralanmasını dəyişmək.
  4. Generasiya olunan imtahanları müxtəlif variantlarda ( A, B, C  və s. variantlar ) Kitabça formasında çap etmək
  5. İmtahan nəticələrini (cavabları) onlayn formada təqdim etmək
  6. Kursda imtahan verən şagirdə bu imtahanı da özünün digər özəl imtahanlarına (öz hesabına)  əlavə etmək.
  7. Kurs/Məktəb tərəfindən əvvəlki imtahanların tarixçələrinə baxmaq və yenidən ondan istifadə etmək
  8. Onlayn rejimdə kalkulyatordan istifadə etmək və s.

Bu imkanlardan yararlanmaq üçün Kurs/Məktəb olaraq qeydiyyatdan keçmək lazımdır.