Teorem.az-a yeni xidmətlər əlavə edilib


Azərbaycanın təhsil sahəsində fəaliyyət göstərən elektron resurs - Teorem.az yeni xidmətlər təqdim edir.

Belə ki, bir müddət öncə təhsil ictimaiyyətinə təqdim edilən TEOREM onlayn təhsil platformasının uğurları davam edir.

2 ildir fəaliyyət göstərən onlayn platformanın bütün auditoriyalar – şagird, abutiriyent, müəllim, magistrat üzrə yeni standartlara uyğun test bazası genişləndirilir. 

Bu yaxınlarda resursa ibtidai siniflər üçün test imtahanları təşkil etmək və müəllimlərin tədris prosesində işlərini daha da asanlaşdıracaq bəzi yeniliklər əlavə edilib.

Layihə komandasından verilən məlumata görə, artıq sayt üzərindən davamlı gəlirin əldə edilməsi də təmin edilib. Məktəblərdə TEOREM-dən daha səmərəli və effektiv istifadə üçün Məktəb Sınaq Sistemi, imtahan kitabçalarının çapdan öncəki tənzimləmələri daha də təkmilləşdirilib, imtahan kitapçalarının generasiyası, çap prosesi sadələşdirilib.

Məlumata görə, avqustun 9-da layihə ilə əməkdaşlıq edən müəllimlərlə görüş təşkil edilib. Belə ki, tədbirdə TEOREM-də həyata keçiriləcək növbəti yeniliklər müzakirə olunub. Təhsildə İT-nin tətbiqi sahəsində uğurlar əldə edən, TEOREM-lə uzun müddət əməkdaşlıq edən müəllimlərə sertifikatlar təqdim edilib.

Onu da əlavə edək ki, Teorem.az saytla bağlı ünvanlanan sualların çoxluğunu nəzərə alaraq, bəzi istifadə təlimatları video formatında hazırlanıb, yaxın müddətdə təqdim ediləcək.

TEOREM komandasından verilən məlumata görə, qısa müddətdə bütün müəllimlərin faydalana biləcəyi daha bir yeni təhsil xidmətinin istifadəyə veriləcəyi də nəzərdə tutulub.

Qeyd edilib ki, yaxın zamanda mobil operatorlar vasitəsilə ödəniş imkanların daha da genişləndirilməsi, yeni ödəniş imkanları (abunə sistemi və s.) nəzərdə tutulub. Bununla bağlı hazırda digər iki operatorla bu istiqamətdə işlərin aparıldığı bildirilib.